İZ layihəsi

 

Layihənin məqsədi qurulduğu gündən bəri daim yenilənən və böyüməkdə olan Qafqaz Universiteti şəhərciyinin gözəlləşdirilməsində Qafqaz Universiteti əməkdaşlarının və tələbələrinin iştirakını təmin etmək, fikirlərinin Universitet Şəhərciyində real 'İZ'lərini saxlamaqdır. Layihələr universitet şəhərciyi daxilində daha çox yeniliklər-innovativ ünsürlər gətirilməsi üzərində həyata keçirilir.Lahiyələr şəhərcikdə tədris binalarının daxilində və ya çöl hissəsində ola bilər. Layihə sosial xarakterlidir. Layihə başa çatdıqdan sonra layihəni həyata keçirən qrup üzvlərinin adı layihə həyata keçirilən yerdə yazılı şəkildə qeyd olunacaqdır. Bu lahiyənin mükafatı sertifikat və həyata keçirilən layihədən istifadə edən insanların sevincini görüb özünüzü xoşbəxt hiss etməyinizdir.